BİRJA

04 Fevral

Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Finss.az - 5 və 6 fevral 2025-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib: 

Notun 

müddəti

(gün)

İSİN

Hərrac

tarixi

Hərraca çıxarılan

məbləğ 

(manat)

Nominal

Miqdar

Notun

 ödəniş  tarixi

28

AZ2393024701

05.02.2025

2.000.000

100.000

20

05.03.2025

84

AZ2394024700

06.02.2025

2.000.000

100.000

20

01.05.2025

168

AZ2395024709

05.02.2025

2.000.000

100.000

20

23.07.2025

252

AZ2396024708

06.02.2025

2.000.000

100.000

20

16.10.2025

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcək.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək. 

Zemfira Ms
Finss.az