Finss.az - Quba rayonunun II Nügədi kəndində yeni meteoroloji dopler hava radarı quraşdırılıb.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, Erkən Xəbərdarlıq Sisteminin əsas elementi olan radar 100-150 km radiusda atmosfer proseslərini izləməyə və dolu-leysan təhlükəsi barədə bir neçə saat öncədən məlumat verməyə imkan yaradacaq.
Radar həmçinin Böyük Qafqazın cənub-şərq yamacındakı çaylarda baş verə biləcək sel və daşqınlarla bağlı erkən xəbərdarlıqların hazırlanmasında istifadə ediləcək.
Sistem fasiləsiz olaraq avtomatlaşdırılmış rejimdə idarə olunacaq.



Zemfira Ms
Finss.az