BİRJA

20 Noyabr

"Brent" markalı neftin qiyməti ucuzlaşıb, təbii qazın qiyməti isə artıb, avro, türk lirəsi, rubl, eləcə də qızıl və gümüş bahalaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,14% azalaraq 1 barelə görə 73,21 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,07% azalaraq 1 barelə görə 69,19 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,78ABŞ dolları və ya 1,04% azalaraq 74,4 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,44% artaraq 2,966 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il noyabrın 20-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il noyabrın 20-də Avro 1,8007 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il noyabrın 20-də Türkiyə lirəsi 0,0493 manata kimi bahalaşıb.

RUBL

2024-cü il noyabrın 20-də Rusiyanın 100 rublu 1,7043 manata kimi bahalaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0.33% artaraq 2,639.80 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0.03% artaraq 31.69 ABŞ dollarına bərabər olub.