NEFT
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,11% artaraq 1 barelə görə 73,38 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,1% artaraq 1 barelə görə 69,24 ABŞ dolları olub.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,04 ABŞ dolları və ya 1,4% artaraq 75,18 ABŞ dollarına bərabər olub.
TƏBİİ QAZ
Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,54% artaraq 2,963 ABŞ dolları təşkil edib.
ABŞ DOLLARI
2024-cü il noyabrın 19-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
AVRO
2024-cü il noyabrın 19-da Avro 1,7995 manata kimi bahalaşıb.
LİRƏ
2024-cü il noyabrın 19-da Türkiyə lirəsi 0,0491 manata kimi ucuzlaşıb.
RUBL
2024-cü il noyabrın 19-da Rusiyanın 100 rublu 1,711 manata kimi bahalaşıb.
QIZIL
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,42% artaraq 2 625,7 ABŞ dollarına bərabər olub.
GÜMÜŞ
Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,42% artaraq 31,36 ABŞ dollarına bərabər olub.