Fins.az - ABŞ prezidenti Donald Trampın seçkilərdəki qələbəsi, kriptovalyutaların, o cümlədən bitkoinin qiymətinin artmasına səbəb olub.
Bütün bitkoinlərin ümumi dəyəri 1,8 trilyon dolları keçərək dünyanın ən böyük neft şirkəti Saudi Aramco-nu geridə qoyub. Vaşinqton isə bitkoinin məhdudiyyətləri aşmaq və çirkli pulları yumaq üçün istifadəsindən narahatdır. Trampın kriptoyönümlü siyasəti, bitkoinin gələcəkdə 1 milyon dollar həddinə çatmasına və kriptoşirkətlərin ABŞ-a qayıtmasına gətirib çıxara bilər. Kriptovalyutaların dollar və avronu əvəz etməyəcəyi isə analitiklər tərəfindən irəli sürülən narahatlıqlardır.