BİRJA

16 Noyabr

"Brent" neftinin qiyməti azalıb,təbii qazın qiyməti artıb, avro, rubl, qızıl və gümüş ucuzlaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 2,09% azalaraq 1 barelə görə 71,04 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 2,55% azalaraq 1 barelə görə 66,95 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,15 ABŞ dolları və ya 0,2% azalaraq 74,14 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,44% artaraq 2,823 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il noyabrın 16-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il noyabrın 16-da Avro 1,7918 manata kimi ucuzlaşıb.

LİRƏ

2024-cü il noyabrın 16-da Türkiyə lirəsi 0,0494 manat təşkil edib.

RUBL

2024-cü il noyabrın 16-da Rusiya rublu 0,0170 manata kimi ucuzlaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,11% azalaraq 2 570,1 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,45% azalaraq 30,43 ABŞ dollarına bərabər olub.