BİRJA

14 Noyabr

Bitcoin yüksəldikcə, investorların altcoinlərə marağı artır

Bitcoin rekord səviyyələrə çatdıqdan sonra investorlar daha yüksək risk-mükafat nisbətləri təklif edən altkoinlərə müraciət edirlər.

Fins.az, Zaye Capital Markets analitiki Naeem Aslamın açıqlamalarına istinadən xəbər verir ki, Bitcoin-in yüksək qiyməti bəzi investorları daha ucuz və spekulyativ aktivlər olan altkoinlərə cəlb edib. Bitkoinin son bir ayda yüzdə 29,7, ilin əvvəlindən isə yüzdə 116,25 artması kriptovalyuta bazarında diqqəti artırır.

Bitkoinin rekord qiymətə çatması investorların kriptovalyuta bazarında alternativ rəqəmsal aktivlər üçün yeni imkanlar axtarmasına səbəb olub. Zaye Capital Markets analitiki Naeem Aslamın sözlərinə görə, altkoinlər xüsusilə pərakəndə investorlar üçün daha əlverişli risk-mükafat nisbətinə malikdir. Bitkoinin hazırkı yüksək qiyməti səbəbindən bir çox investor daha əlçatan qiymətlərlə altkoinlərə üz tutur.

Aslam qeyd edir ki, Bitcoin kimi böyük kriptovalyutaların dəyərini ikiqat artırması çətinləşib, buna görə də bəzi investorlar “daha ​​çox risk alaraq” hələ inkişaf mərhələsində olan altkoinlərə üstünlük verirlər.

Bitkoin hazırda 90 685 dollara ticarət edildiyi halda, dünən 93 480 dollarla bütün zamanların ən yüksək həddinə çatıb. Son bir ayda 29,7 faiz, ilin əvvəlindən isə 116,25 faiz artım göstərən bitkoin, kriptovalyutalara marağı tədricən artırır. Bu yüksəliş bazarda müxtəlif altkoinlərin izlənməsinə səbəb olur.
 

Zemfira Ms
Fins.az