Fins.az - VanEck investisiya şirkətinin baş direktoru Yan Van Ek, CNBC-yə verdiyi müsahibədə bitkoinin dəyərinin 300 000 dollar səviyyəsinə yüksələcəyini proqnozlaşdırıb.
Onun fikrincə, bitkoinin bazar dəyəri qızılın yarısına bərabər olacaq və bu rəqəmə çatması ehtimalı yüksəkdir.
Avqust ayında Van Ek, kapitalının 30%-dən çoxunu bitkoinə yatırdığını açıqlamış və kriptovalyutanın 350 000 dollar səviyyəsinə çata biləcəyini bildirmişdi. VanEck analitikləri isə 2050-ci ilə qədər bitkoinin qlobal ehtiyat valyutası kimi qəbul edilməsi ilə 2,9 milyon dollara yüksələ biləcəyini ehtimal edirlər.