Fins.az - Neftin qiymətləri cümə günü Meksika Körfəzindəki "Rafael" uraqanının ABŞ-da hasilat riskini azaltması fonunda mülayim şəkildə azalıb.
Brent markalı neftin bir barelinin qiyməti 0,65% enərək 75,14 dollara düşüb, WTI isə 0,8% azalaraq 71,78 dollara ticarət olunur.
Uraqan ABŞ-ın gündəlik 391 214 barel neft hasilatını dayandırıb, amma yaxın günlərdə zəifləyərək Amerikanın yataqlarından uzaqlaşacaq. Həftəlik artım isə Brent üçün təxminən 3%, WTI üçün isə 4% təşkil edir. Eyni zamanda, Çin neft idxalını 9% azaldıb, bu da bazar üzərində əlavə təzyiq yaradıb.