Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti bir barel üçün 0,25 ABŞ dolları və ya 0,32% azalaraq 76,75 ABŞ dollarına düşüb.
Fins.az xəbər verir ki, hərrac nəticələrinə əsasən, "Brent" markalı neftin yanvar fyuçersləri isə 75,63 ABŞ dolları səviyyəsində olub. Azərbaycanın 2024-cü il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 75 ABŞ dolları olaraq müəyyən edilib.
Qeyd edək ki, "Azeri Light" markalı neftin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Azərbaycan neft hasilatını əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda aparır və bu yataqların işlənməsi müqaviləsində SOCAR-ın 25% payı var.
Fuad Mədətov
Fins.az