BİRJA

07 Noyabr

Donald Tramp ABŞ-ın dövlət borcunun kriptovalyutayla ödənişini təklif edir

Fins.az - ABŞ-ın prezidenti Donald Tramp, ölkəsinin 35 trilyon dollar həcmində olan böyük dövlət borcunu ödəmək üçün qeyri-adi bir təklif irəli sürüb.

Tramp bu məqsədlə kriptovalyutadan istifadə etməyi təklif edib və bu ideyasını böyük bir entuziazmla təqdim edib.

Tramp bildirib ki, borcu ödəmək üçün sadəcə kiçik bir kağız parçasına lazım olan məbləği yazmaq kifayət edəcək: “Gəlin borcları kriptovalyutayla ödəyək. Mən kiçik bir parça kağız alıb üzərində lazım olan məbləği yazaram – vəssalam, borcumuz qalmadı”, – deyə Tramp öz fikrini açıqlayıb.

Bu təklif ABŞ-da və dünya ictimaiyyətində böyük marağa səbəb olub. Demokratiya və Respublikaçılar partiyasının nümayəndələri bu məsələdə eyni mövqedə dururlar və borcun miqdarını görməməzdən gəlməyə qərar veriblər. Onlar həmçinin artan büdcə kəsiri ilə bağlı narahatlıq göstərmirlər, bu isə adətən yalnız fövqəladə vəziyyətlərdə baş verir.