BİRJA

06 Noyabr

Bitkoin tarixi rekorda çatdı

Fins.az - ABŞ-da keçirilən prezident seçkilərinin təsiri ilə bitkoinin qiymətində əhəmiyyətli artım müşahidə olunub.

Bakı vaxtı ilə saat 07:08-də Binance platformasındakı göstəricilərə əsasən, bitkoin 10,1% artaraq 75 min dollara çatıb və özünün tarixi maksimumunu yeniləyib.

Saat 07:26-da bitkoinin qiymət artımı nisbətən zəifləyib və 73 797 dollar səviyyəsində (+8,44%) qərarlaşıb. Qeyd etmək lazımdır ki, sonuncu dəfə bitkoinin tarixi maksimumu 2024-cü il 14 martda 73 777 dollar səviyyəsinə qalxmışdı.

Ekspertlər hesab edir ki, ABŞ seçkilərinin təsiri, investisiya risklərinin artması və maliyyə bazarlarında qeyri-müəyyənlik bitkoinin qiymətində bu cür artıma səbəb olub. Hal-hazırda kriptovalyuta bazarı bu tendensiyanın davam edib-etməyəcəyini izləyir.