BİRJA

05 Noyabr

Neftin qiyməti düşüb

Fins.az - Çərşənbə axşamı Asiya bazarlarında WTI xam neftinin fyuçers qiymətləri azalıb.

Nyu-York Əmtəə Birjasında dekabr ayı üçün tədarük ediləcək WTI nefti hazırda 71,55 dollar/barel səviyyəsində ticarət olunur, bu da 0,11% azalma deməkdir. Hazırda WTI üçün dəstək səviyyəsi 67,28 dollar, müqavimət səviyyəsi isə 71,81 dollar olaraq müşahidə edilir.

Bu arada, yanvar çatdırılmalı Brent markalı neftin fyuçersləri 0,11% azalaraq 75,16 dollar/barel səviyyəsinə enib. Brent və WTI arasındakı qiymət fərqi isə 3,61 dollar təşkil edir. ABŞ dollarının dəyərini əks etdirən USD indeksi də 0,02% azalaraq 103,82 dollar səviyyəsindədir.