BİRJA

01 Noyabr

"Brent" neftinin, təbii qazın qiyməti artıb, avro, qızıl və gümüş bahalaşıb...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin yanvar müqaviləsinin dəyəri 1,9% artaraq 1 barelə görə 74,19 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 2,06% artaraq 1 barelə görə 70,69 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,19ABŞ dolları və ya 0,26% artaraq 73,85 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,3% artaraq 2,709 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il noyabrın 1-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il noyabrın 1-də Avro 1,8492 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il noyabrın 1-də Türkiyə lirəsi 0,0496 manat təşkil edib.

RUBL

2024-cü il noyabrın 1-də Rusiya rublu 0,0174 manat təşkil edib.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekarb fyüçerslərinin qiyməti 0,46% artaraq 2 762 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,3% artaraq 32,9 ABŞ dollarına bərabər olub.