BİRJA

31 Oktyabr

Bitcoin-in qiyməti 100,000 ABŞ dollarına çata bilər

Fins.az - 10x Research tədqiqat şirkətinin son hesabatına əsasən, Bitcoin qiymətinin 2025-ci ilin yanvar ayının sonuna qədər 100,000 ABŞ dollarına qalxması proqnozlaşdırılır. Mütəxəssislər, tarixi məlumatları təhlil edərək, Bitcoin-un qiymətinin son altı ayda maksimum göstəriciyə çatdıqdan sonra 15 hadisənin 13-də artdığını müəyyən ediblər. Bu dövrdə BTC-nin dəyəri orta hesabla 40% artmışdır.

29 oktyabr 2024-cü il tarixində Bitcoin-in qiyməti 73,000 ABŞ dollarını aşaraq Bitstamp birjasında 73,621 ABŞ dollarına yüksəlib, bu isə mart ayından bəri rekord göstəricidir. 10x Research-ın proqnozlarına görə, BTC-nin qiymətinin 87% ehtimalla artacağı və 29 yanvara qədər 102,200 ABŞ dollarına yüksələcəyi gözlənilir.

Mütəxəssislər, Bitcoin qiymətinin artmasında əsas amillərdən biri olaraq BTC-ETF-lərin kapitalizasiyasının artmasını göstərirlər. 14-30 oktyabr tarixləri arasında ABŞ-ın spot Bitcoin ETF-lərinə daxil olan kapital 24.2 milyard ABŞ dollarına çatıb. 29 və 30 oktyabr tarixlərində yüksəliş tendensiyasının dayandırılmasından sonra, derivativlərin bazar kapitalizasiyası müvafiq olaraq 870.1 və 893.3 milyon ABŞ dolları artmışdır. Bu isə investorların Bitcoin-un qiymətinin yenidən artacağına olan inamını nümayiş etdirir.

Ekspertlərin fikrincə, bu artım tendensiyası, bazara güclü təsir edən derivativlərin emissiyaları ilə əlaqədardır. Bu, Bitcoin-un qiymətinin gələcəkdə daha da yüksələcəyinə dair investorlar arasında müsbət gözləntiləri artırır.