BİRJA

31 Oktyabr

Azərbaycan neftinin qiyməti artıb, təbii qazın qiyməti azalıb, avro, rubl bahalaşıb, qızıl və gümüş ucuzlaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin yanvar müqaviləsinin dəyəri 0,65% artaraq 1 barelə görə 72,63 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,63% artaraq 1 barelə görə 69,04 ABŞ dolları olub.

Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 515 min barel azalaraq 425 509 min barel təşkil edib və ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib ki, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 1 500 min barel artacağını proqnozlaşdırırdı.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,79 ABŞ dolları və ya 2,5% artaraq 73,66 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,04% azalaraq 2,816 ABŞ dolları təşkil edib.

Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 461 ABŞ dollarınadək enib. 30 oktyabr tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə noyabr fyuçerslərinin qiyməti 461,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (478,9 dollar) ilə müqayisədə 3,7% azdır.

ABŞ DOLLARI

2024-cü il oktyabrın 31-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il oktyabrın 31-də Avro 1,8441 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il oktyabrın 31-də Türkiyə lirəsi 0,0496 manat təşkil edib.

RUBL

2024-cü il oktyabrın 31-də Rusiya rublu 0,0175 manata kimi bahalaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,18% azalaraq 2 795,7 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyasının qiyməti 1,07% azalaraq 33,71 ABŞ dollarına bərabər olub.