NEFT
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 1,15% artaraq 1 barelə görə 74,05 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 1,25% artaraq 1 barelə görə 71,25 ABŞ dolları olub.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,51 ABŞ dolları və ya 0,66% azalaraq 77,35 ABŞ dollarına bərabər olub.
TƏBİİ QAZ
Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,21% artaraq 2.871 ABŞ dolları təşkil edib.
ABŞ DOLLARI
2024-cü il sentyabrın 24-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
AVRO
2024-cü il sentyabrın 24-də Avro 1.8896 manata kimi ucuzlaşıb.
LİRƏ
2024-cü il sentyabrın 24-də Türkiyə lirəsi isə 0.0498 manat təşkil edib.
RUBL
2024-cü il sentyabrın 24-də Rusiya rublu 0.0183 manata kimi ucuzlaşıb.
QIZIL
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,18% artaraq 2 657,4 ABŞ dollarına bərabər olub.
GÜMÜŞ
Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,71% artaraq 31,31 ABŞ dollarına bərabər olub.