BİRJA

23 Sentyabr

Bitcoin yenidən yüksəlir: Son 1 həftədə 10% artım

Son bir həftədə Bitcoin qiymətində müşahidə olunan 10% artım, əsasən makroiqtisadi dəyişikliklər və bazar əhval-ruhiyyəsinin dəyişməsi ilə əlaqələndirilir. Hazırda Bitcoin-in qiyməti təxminən 64,000 ABŞ dolları səviyyəsindədir.

Fins.az Bernstein analitiklərinin açıqlamalarına əsasən, xəbər verir ki, Bitcoin-in artımını beş əsas amillə əsasların:

  1. Faizlərin azalması və inflyasiyadan qorunma: ABŞ Mərkəzi Bankının faiz dərəcələrini 50 bazis bəndi endirməsi, dolların zəifləməsi və pul-kredit siyasətinin yumşaldılması Bitcoin-ə müsbət təsir edib. İlin əvvəlindən Bitcoin qiyməti 45% artıb, qızılın qiyməti isə 27% yüksəlib.

  2. Kriptovalyutaların iki partiyalı dəstəyi: Kriptovalyutalar siyasi dəstək qazanır. Vitse-prezident Kamala Harris-in rə dijital aktivlərə dəstəyi, administrasiyanın kriptovalyutalara münasibətini müsbət yöndə dəyişib.

  3. Bitcoin ETF-lərinin populyarlığı: Bitcoin ETF-lərinə institutlardan daxil olan vəsaitlərin həcmi 800 milyon dolları keçib. Daha çox bankın Bitcoin ETF-lərini təqdim etməsi gözlənilir.

  4. Mədənçilərin stabilliyi: Halving hadisəsindən sonra Bitcoin mədənçiləri fəaliyyətlərini stabilizə edib. Şəbəkənin hash gücü bərpa olunub və bu, Bitcoin-in əsaslarını möhkəmləndirir.

  5. Satıcı təzyiqinin azalması: ABŞ və Almaniya hökumətləri tərəfindən edilən böyük satışlar və Mt. Gox-dan olan ödənişlər bazar tərəfindən mənimsənilib. MicroStrategy isə 2.1 milyard dollar topladı və Bitcoin aktivlərini 252,220 BTC-yə çatdırdı.

Bitcoin-in son artımı, bazar iştirakçılarının kriptovalyutalara olan marağının artırdığını və institusional investisiyaların gücləndiyini göstərir.