Ekspertlər 23-29 sentyabr tarixləri arasında bitkoinin kursu ilə bağlı proqnozlarını açıqlayıb.
Fins.az xəbər verir ki, son dövrlərdə bazar müsbət iqtisadi göstəricilər və ABŞ-ın Mərkəzi Bankının monetar siyasətini yumşaltma ehtimalları ilə bərpa olunmağa başladı.
Yaponiyanın Mərkəzi Bankının faiz dərəcələrini əvvəlki səviyyədə saxlaması, yenin zəifləməsinə və riskli aktivlərin daha cazibədar olmasına səbəb oldu. Bu, bitkoin daxil olmaqla, rəqəmsal aktivlərə əlavə dəstək verdi.
Bununla yanaşı, bazar qısamüddətli düzəlişlərə məruz qala bilər, xüsusən də sürətli artım və ABŞ-da yaxınlaşan prezident seçkiləri kontekstində.
ABŞ-ın spot bitkoin ETF-lərinə həftə ərzində $300 milyon dollardan çox vəsait daxil olması, ənənəvi investorların rəqəmsal aktivlərə olan etimadının artdığını göstərir. Bu, bitkoin bazarının sağlam inkişafını dəstəkləyir.