Microsoft korporasiyası öz səhmlərini 60 milyard dollar dəyərində geri alacağını elan edib. Bu yeni proqram əvvəlki 2021-ci il geri alım proqramını əvəz edir və müddətsiz olaraq həyata keçiriləcək. Şirkət geri alımın istənilən vaxt dayandırıla biləcəyini qeyd edib.
Fins.az xəbər verir ki, eyni zamanda, Microsoft rüblük dividendləri 10% artırıb — səhmdar başına 0,75 dollardan 0,83 dollara yüksəlib. Dividendlər 12 dekabrdan sonra 21 noyabr tarixində qeydiyyatdan keçmiş səhmdarlara ödəniləcək. Şirkətin illik səhmdar yığıncağı 10 dekabrda keçiriləcək.
Xəbərdən sonra Microsoft-un səhmləri NASDAQ öncəsi ticarətdə 1,34% artaraq 437,1 dollar olub. Şirkətin səhmləri ilin əvvəlindən bəri 15%, son 12 ayda isə 31% bahalaşıb. 16 sentyabrda Microsoft dünya üzrə kapitalizasiya baxımından ikinci yerdədir, bazar dəyəri 3,206 trilyon dollardır. Şirkət yalnız Apple-dan geri qalır.
Sonuncu rübdə Microsoft-un gəliri 15,2% artaraq 64,73 milyard dollar olub. Əməliyyat gəliri 27,9 milyard dollar, xalis gəlir isə 22 milyard dollar təşkil edib.
Microsoft 2019-cu ildən etibarən OpenAI-yə 13 milyard dollar sərmayə qoyub. Bu əməkdaşlıq sayəsində şirkət süni intellekt texnologiyasına olan tələbdən faydalanan əsas oyunçulardan biri kimi tanınır.