BİRJA

16 Sentyabr

"Brent" neftinin qiyməti azalıb, təbii qaz ucuzlaşıb, avro, qızıl və gümüş bahalaşıb...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 0,04% azalaraq 1 barelə görə 71,58 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,03% artaraq 1 barelə görə 67,77 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,24 ABŞ dolları və ya 4,4% artaraq 76,77 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,22 % azalaraq 2,266 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il sentyabrın 16-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il sentyabrın 16-da Avro 1.8866 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il sentyabrın 16-da Türkiyə lirəsi 0.0500 manat təşkil edib.

RUBL

2024-cü il sentyabrın 16-da Rusiya rublu 0.0189 manata kimi ucuzlaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,12% artaraq 2 613,8 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,89% artaraq 31,35 ABŞ dollarına bərabər olub.