5 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kristal Bakı” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.
Bu barədə Fins.az-a BFB-dan məlumat verilib.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcək. 13 sentyabr 2024-cü il tarixindən başlayaraq 17 sentyabr 2024-cü il tarixinə kimi 3 iş günü ərzində "Kristal Bakı” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaq.
Səhmlər üzrə yerləşdirmə 18 sentyabr 2024-cü il tarixində gerçəkləşdiriləcək.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"Kristal Bakı” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ1001022255 |
Səhmlərin növü və forması |
Səhm adi, sənədsiz, adlı |
Ticarət üsulu/forması |
Kütləvi/Abunə yazılışı |
Səhmlərin sayı |
990,000 (ədəd) |
İlkin ticarət qiyməti |
1 manat |
Buraxılış həcmi |
990,000 manat |
Anderrayter |
“Assist Finance İ.Ş” ASC |
Ticarətə buraxılma tarixi |
18.09.2024 |
Zemfira Ms
Fins.az