BİRJA

05 Sentyabr

ƏSF-dən sentyabrın açıq hərracları: Bankların əmlakları satılacaq

Sentyabrın 9-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Bank of Azerbaijan", sentyabrın 23-də "Kredo Bank", "Texnika Bank", “Atabank”, “AGBank”, sentyabrın 30-da isə “NBC Bank”, "AGBank" və “Muğan Bank” ASC-lərin daşınmaz və daşınar əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

Fins.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

ƏSF-nin məlumatına görə, hərraclarda təqdim olunacaq əmlaklar aşağıdakılardır:

  • "Bank of Azerbaijan": Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mizrə Ələkbər Sabir küçəsi, ev 3 ünvanında yerləşən, dəyəri 50 min manat olan 105 kv.metrlik qeyri-yaşayış sahəsi.

  • "Kredo Bank": Bakı şəhəri, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 64 ünvanında yerləşən, dəyəri 95 min manat olan 83,95 kv.metrlik mənzil.

  • "Texnika Bank": Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 4 ünvanında yerləşən, dəyəri 410 min manat olan 272 kv.metrlik mənzil.

  • “Atabank”: Dəyəri 16,195 manat olan 18 daşınar əmlak.

  • “AGBank”: Dəyəri 24 min manat olan 5 daşınar əmlak.

  • “NBC Bank”: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 81 ünvanında yerləşən, dəyəri 2,3 milyon manat olan 281,2 kv.metrlik və dəyəri 500 min manat olan 263 kv.metrlik qeyri-yaşayış sahələri.

  • "AGBank": Gəncə şəhəri, Nizami rayonu, Seyid Əzim Şirvani küçəsi, 3-cü döngədə yerləşən, dəyəri 200 min manat olan 312,4 kv.metrlik fərdi yaşayış sahəsi.

  • “Muğan Bank”: Dəyəri 17,616 manat olan 138 daşınar əmlak.

Fuad Mədətov
Fins.az