BİRJA

05 Sentyabr

Azərbaycan neftinin qiyməti azalıb, avro bahalaşıb, lirə ucuzlaşıb, qızıl qiyməti azalıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 0,45% artaraq 1 barelə görə 73,03 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,48% artaraq 1 barelə görə 69,53 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,25 ABŞ dolları və ya 0,32% azalaraq 78,3 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,61% azalaraq 2,127 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il sentyabrın 5-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il sentyabrın 5-də Avro 1.8830 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il sentyabrın 5-də Türkiyə lirəsi 0.0499 manata kimi ucuzlaşıb.

RUBL

2024-cü il sentyabrın 5-də Rusiya rublu 0.0194 manat təşkil edib.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,03% azalaraq 2 525,3 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,22% artaraq 28,62 ABŞ dollarına bərabər olub.