NEFT
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 0,32% artaraq 1 barelə görə 79,07 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,26% artaraq 1 barelə görə 76,11 ABŞ dollarına enib.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,42 ABŞ dolları və ya 1,72% artaraq 84,04 ABŞ dollarına bərabər olub.
TƏBİİ QAZ
Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,05% azalaraq 2,141 ABŞ dolları təşkil edib
ABŞ DOLLARI
2024-cü il avqustun 30-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
AVRO
2024-cü il avqustun 30-da Avro 1.8826 manata kimi ucuzlaşıb.
LİRƏ
2024-cü il avqustun 30-da Türkiyə lirəsi 0.0499 manata kimi bahalaşıb.
RUBL
2024-cü il avqustun 30-da Rusiya rublu 0.0185 manata kimi ucuzlaşıb.
QIZIL
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,52% azalaraq 2 547,1 ABŞ dollarına bərabər olub.
GÜMÜŞ
Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,68% azalaraq 29,79 ABŞ dollarına bərabər olub.