NEFT
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,15% azalaraq 1 barelə görə 80,24 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,22% azalaraq 1 barelə görə 77,25 ABŞ dollarına enib.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.89 ABŞ dolları və ya 3.6% artaraq 83.76 ABŞ dollarına bərabər olub.
TƏBİİ QAZ
Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,28% azalaraq 2,115 ABŞ dolları təşkil edib.
ABŞ DOLLARI
2024-cü il avqustun 28-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
AVRO
2024-cü il avqustun 28-də Avro 1.8972 manata kimi ucuzlaşıb.
LİRƏ
2024-cü il avqustun 28-də Türkiyə lirəsi 0.0499 manat ucuzlaşıb.
RUBL
2024-cü il avqustun 28-də Rusiya rublu 0.0186 manata kimi bahalaşıb.
QIZIL
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,35% azalaraq 2 544 ABŞ dollarına bərabər olub.
GÜMÜŞ
Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,61% azalaraq 30.24 ABŞ dollarına bərabər olub.