BİRJA

28 İyul

Tramp: Çin kriptovalyuta bazarında dünya lideri ola bilər

Çin kriptovalyuta bazarında ABŞ-ı qabaqlayaraq dünya lideri ola bilər.

Fins.az xəbər verir ki, bunu Neşvildə keçirilən “Bitkoin-2024” konfransında ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

“Əgər biz kriptovalyuta, bitkoini qəbul etməsək, o zaman Çin və digər ölkələr lider olacaqlar. Çinin çox ciddi şəkildə irəliləməsinə icazə verə bilmərik”, - deyə Tramp bildirib ki, o, Çinin uğursuz olmasını istəmir, lakin ABŞ-ın ən uğurlu olmasını istəyir.

“Əgər prezident seçilsəm, administrasiyam hökumətin hazırda mövcud olduğu bitkoin ehtiyatının 100 faizini saxlayacaq. Bu, milli bitkoin ehtiyatının əsasına çevriləcək”, - deyə Tramp söz verib.