NEFT
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,36 ABŞ dolları və ya 1,57% azalaraq 84,98 ABŞ dollarına bərabər olub.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin sentyabr müqaviləsinin dəyəri 0,26% artaraq 1 barelə görə 81,22 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,3% artaraq 1 barelə görə 77,19 ABŞ dolları təşkil edib.
TƏBİİ QAZ
Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,64% azalaraq 2,173 ABŞ dolları təşkil edib.
ABŞ DOLLARI
2024-cü il iyulun 24-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
AVRO
Avro 1.8443 manata kimi ucuzlaşıb.
LİRƏ
2024-cü il iyulun 24-də Türkiyə lirəsinin məzənnəsi Türkiyə lirəsi 0.0518 manatadək bahalaşıb.
RUBL
2024-cü il iyulun 24-də Rusiya rublu 0.0194 manata kimi bahalaşıb.
QIZIL
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,4% artaraq 2 464,9 ABŞ dollarına bərabər olub.
GÜMÜŞ
Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyasının qiyməti də 0.46% artaraq 29.46 ABŞ dollarına bərabər olub.