BİRJA

10 May

İnvestisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyəsinin həcminə görə RENKİNQİ - YANVAR-APREL/2024

Bakı Fond Birjası 2024-cü ilin yanvar-aprel ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyələrinin həcmini açıqlayıb.

Fins.az xəbər verir ki, investisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyələrinin həcminə görə renkinq siyahısında “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC (1 711 867 487 AZN) ən yüksək nəticə göstərən şirkət olub.

İkinci ən yüksək nəticə "ABB İnvest İnvestisiya Şirkəti" QSC (464 836 174 AZN), üçüncü ən yüksək nəticə isə CPM-İnvest İnvestisiya Şirkəti QSC (323 330 476 AZN) qeydə alınıb.

Fins.az BFB-yə istinadən investisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyələrinin həcminə görə renkinqi təqdim edir:

Fuad Mədətov
Fins.az