Ötən gün Asiya-Sakit Okean fond bazarları əsalı şəkildə itkiylə üzləşiblər.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, investorlar regiondan əldə edilən gəlirləri təhlil ediblər və günün sonunda Yaponiya nəhəngləri “Toyota” və “Mitsubishi”dən nəticələr gözləsələr də, paralele olaraq Sinqapurun “United Overseas” bankı təxminən 1 faiz azalmasıyla qarşılaşıblar. Buna baxmayaraq bankın birinci rübdə xalis mənfəəti 1,47 milyard S$ (1,08 milyard dollar) dəyərində hesablanıb və bu, LSEG-in 1,43 milyard singapur dolları proqnozunu üstələyib.
“Straits Times” indeksi 0,73 faiz, Yaponiyanın “Nikkei” 225 indeksi 1,37 faiz, “Topix isə 1,22 faiz və “Kosdaq” 0,65 faiz dəyər itiriblər.
Honq-Konqun “Hang Seng” indeksi 0,43 faiz artaraq yeganə göstərici olub. Buna baxmayaraq Çinin “CSI” 300 indeksi 0,45 faiz azalıb.
Fuad Mədətov
Fins.az