Bitkoin qiyməti həftə sonu "ayı" bazarı zonasını tərk etdikdən sonra bir qədər yüksəldi, lakin ABŞ-da faiz dərəcələrinin azaldılması ilə bağlı spekulyasiyalar artdıqca əlavə qazancların olub-olmayacağı bəlli deyil.
Fins.az xəbər verir ki, ötən həftənin cümə günü Amerikada proqnozların altında açıqlanan əmək bazarı göstəriciləri fonunda dolların kəskin ucuzlaşması həftə sonu "Bitcoin"-in ən böyük dəstəkçisi oldu. Bu, tokenin keçən həftə 59.000$-a düşərək mart ayında əldə etdiyi rekord səviyyədən təxminən 22% aşağı olan "ayı" bazarı bölgəsindən çıxmasına kömək etdi.
Bitkoin son 24 saat ərzində 1.7% bahalaşaraq 65499$-a çatıb.
"Bitcoin" qiyməti faiz dərəcələrinin azaldılması ehtimallarından faydalanır
Bazarlar indi FED-in sentyabr ayında 25 baza bəndlik endirim etmə ehtimalının yüksəlməsini qiymətləndirir. Belə bir ssenari, adətən aşağı faizli, yüksək likvidlik mühitində inkişaf etdiklərini nəzərə alsaq, kriptovalyutaların bahalaşması üçün əlverişli şərait vəd edir.
"Soyuyan" əmək bazarı FED-ə faiz dərəcələrini aşağı salmaq üçün daha çox təcil verir. Lakin, cümə günü zəif açıqlanan əmək bazarı hesabatı beş aylıq proqnozları üstələyən güclü məşğulluq məlumatlarından sonra gəlir, FED üçün əsas amil olan inflyasiya isə mərkəzi bankın 2%-lik illik hədəfinin çox üzərində qalmaqdadır.
"Bitcoin" investisiya məhsullarına kapital axını, xüsusən də bu ilin əvvəlində təsdiqlənmiş spot birja fondlarına (ETF) son bir ay ərzində əhəmiyyətli dərəcədə yavaşlayıb. "Bitcoin ETF"-ləri son üç həftə ərzində böyük kapital çıxışı ilə üzləşir.
"Bitcoin"-də qısamüddətli yüksəlişlər, xüsusilə önümüzdəki günlərdə danışacaq bir sıra FED rəsmilərindən faiz dərəcələri ilə bağlı yeni ipuçları alınac biləcəyi ehtimalları fonunda geri çəkildi.
Bugün FOMC üzvləri Tomas Barkin və Con Uilyams, sabah isə Nil Kaşkari çıxış edəcək.
Lakin həftə sonu mitinqinə baxmayaraq, "Bitcoin" mart və aprel aylarında müşahidə edilən ticarət diapazonunda qaldı. Dünyanın ən böyük kriptovalyutası kriptovalyuta bazarında təlaş ziflədikcə, 60.000-70.000$ arasında dəyişir.
Altkoinlər "Bitcoin" bərpasını izləyir
"Bitcoin"-in yüksəlişi digər əsas kriptovalyutalara da yayıldı, lakin bu gün onların da yavaşladığı görünür.
Kapital həcminə görə ünyanın ikinci ən böyük kriptovalyutası "Ethereum" 2.7% bahalaşaraq 3229.61$ olub. XRP 1.4%, Solana isə 2.8% dəyər qazanıb.
Bununla belə, "Bitcoin" ümumi kriptovalyuta qiymətləndirmələrinin təxminən 55%-ni təşkil edərək, kripto para birjalarının lokomotivi olaraq qalıb.