BİRJA

01 May

Mərkəzi Bankın 168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2249024707 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 96,414.0405 (7.97%) manat və 96,749.2260 (7.2%) manat olan 5 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23,500,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96,622.7141 (7.49%) manat, orta ölçülmüş qiyməti isə 96,664.6108 (7.39%)  manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 16.10.2024-cü ildir.

Fuad Mədətov
Fins.az