BİRJA

24 Aprel

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 23-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,69% – 38,503.69 bəndədək, SP 500 indeksi 1.20% – 5,070.55 bəndədək, Nasdaq indeksi isə 1.59% – 15,696.64 bəndədək artıb.

Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında isə aprelin 23-də Fransanın CAC-40 indeksi 0,81% – 8,105.78 bəndədək, Almaniyanın DAX indeksi isə 1.55% – 18,137.65 bəndədək, FTSE 100 indeksi 0.26% – 8,044.81 bəndədək artıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,02% artaraq 1.0703 dollar təşkil edib.

Günel Məlikzadə
Fins.az