BİRJA

11 Aprel

Bitkoinun qiyməti artıb

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 71 min ABŞ dollarına yaxınlaşır.

Fins.az xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 1,94 % bahalaşaraq 70,65 minABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 1 trilyon 391 milyard ABŞ dolları həddində qərarlaşıb.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 1,12 % artaraq 3,57 min ABŞ dolları olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər qazanan “Toncoin”dir.

Kriptovalyuta bazarının toplam dəyəri 2,63 trilyon ABŞ dollarına çatıb.