28 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank” ASC-nin ümumi dəyəri 35,000,000 (otuz beş milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
İllik faiz dərəcəsi |
Tədavül müddəti |
Kupon faizlərinin ödəniş müddəti |
AZ2008005152 |
Faizli təmin edilməmiş sənədsiz adlı |
350,000 (ədəd) |
100 ABŞ dolları |
7 % |
7 il, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə |
Hər 90 (doxsan) təqvim günün başa çatması tarixindən növbəti 3(üç) iş günündən gec olmayaraq |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (//www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.