BİRJA

19 Mart

AMB: Valyuta hərracında tələb təmin edildi - 19.03.2024

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 93,0 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, martın 14-nə hərracda tələb 83,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Fins.az