13 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2229024701 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Fins.az xəbər verir ki, hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 96757.9632 (7.18%) manat və 96924.2698 (6.8%) olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54,200,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96884.8298 (6.89%) manat və orta ölçülmüş qiyməti isə 96901.7013 (6.85%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 28.08.2024-cü ildir.