BİRJA

08 Fevral

Mərkəzi Bankın 168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2209024705 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Fins.az-a verilən məlumata görə, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 96,619.00 (7.50%) manat və 97,012.0295 (6.60%) olan 7 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 35,800,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96,968.1298(6.70%) manat və orta ölçülmüş qiyməti isə 97,001.6755 (6.62%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 25.07.2024-cü ildir.

Fuad Mədətov
Fins.az