BİRJA

01 Fevral

Mərkəzi Bankın 84 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2203024701 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az xəbər verir ki, hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 98,460.7305(6.7%) manat və  98,483.3566 (6.6%) manat olan 5 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 44,000,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98,460.7305(6.7%) manat, orta ölçülmüş qiyməti isə 98,472.1462 (6.65%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib. 

Notların ödəmə tarixi 25.04.2024-cü ildir.

Günel Məlikzadə
Fins.az