BİRJA

01 Fevral

Mərkəzi Bankın 252 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2205024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az xəbər verir ki, hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 95139.00 (7.30%) manat və 95520.1075 (6.70%) manat olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği

71,900,000, manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 95469.0394(6.78%) manat və orta ölçülmüş qiyməti 95507.7858 (6.72%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib. 

Notların ödəmə tarixi 10.10.2024-cü ildir.

Günel Məlikzadə
Fins.az