BİRJA

31 Yanvar

Mərkəzi Bankın 168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2206024708 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az xəbər verir ki, hərracı zamanı 9 investor tərəfindən qiymət intervalı 96,596.5805 (7.55%) manat və 96,968.1298 (6.70%) olan 9 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 70,400,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96,928.6540 (6.79%) manat və orta ölçülmüş qiyməti isə 96,961.5932 (6.71%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 17.07.2024-cü ildir.

Günel Məlikzadə
Fins.az