BİRJA

30 Yanvar

AMB: Valyuta hərracında tələb təmin edildi - 30.01.2024

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 64,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, yanvarın 25-nə hərracda tələb 42,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Fins.az