BİRJA

24 Yanvar

Neftin qiyməti cüzi azalıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin mart müqaviləsinin dəyəri 0,05% azalaraq 1 barelə görə 79,51 dollar təşkil edib.

Fins.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,104% azalaraq 74,34 dollar olub.

Günel Məlikzadə
Fins.az