Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101060017 ISIN-li, 100 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 92.6301 (8.0001%) manat və 94.0423 (6.37%) manat olan 32 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.4220 (7.0799%) manat, orta ölçülmüş qiyməti isə 93.6808(6.7826%) manat olaraq müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 148,539,500 manat, yerləşdirilmiş həcmi isə 89,024,900 manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 13.01.2025-ci ildir.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Günel Məlikzadə
Fins.az