Son illərdə səhmlərlə bağlı pessimist proqnozlar verən JPMorgan-ın ulduz strateqi Marko Kolanovic investorlara səhmlər əvəzinə nağd pul və istiqraz mövqeləri qurmağı tövsiyə edib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, gələn il səhmlər üçün itki ilə bağlı vəziyyətin olacağını iddia edən ulduz strateq, mərkəzi banklar tərəfindən ciddi faiz endirimləri edilmədikcə səhmlərin potensial ralliləri davam etdirə bilməyəcəyini ifadə etdi.
Kolanoviç qeydində deyib: “Bu, durğun vəziyyətdir. 2024-cü ildə pul şərtləri yumşalmadan və daha qalıcı bir ralli baş verməzdən əvvəl bazarın azalması və artan dəyişkənliyi görməliyik". Kolanoviç hesablayıb ki, hətta ən optimist iqtisadi ssenaridə səhmlər istiqrazlar və nağd puldan cəmi 5 faiz daha çox dəyər qazana bilər, artımın azalması və ya tənəzzül ssenarisində isə səhmlər nağd puldan 20 faiz daha pis nəticə göstərə bilər.
"Resessiya baş verib-verməməsindən asılı olmayaraq, səhmlərdə və digər riskli aktivlərdə risk-mükafat balansı nağd pul və ya istiqrazlardan daha pis olacaq" deyə Kolanoviç şərh edib.
Günel Məlikzadə
Fins.az