Pacific Investment Management Co. O, Yaponiya Bankının (BOJ) inflyasiyanın sürətləndiyi üçün pul siyasətini sərtləşdirəcəyi gözləntisi ilə yen alır.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, istiqraz nəhəngi Pimco-nun fond meneceri Emmanuel Şaref, bir neçə ay əvvəl Yaponiya valyutasının bir dollar üçün 140-ı ötməsindən sonra fondun uzun yen mövqeyini qurmağa başladığını söylədi.
"Yaponiyadakı səlahiyyətlilər faiz artımına ehtiyac yarana bilsin deyə, inflyasiyanın yüksəldiyini və ardıcıl olaraq hədəflərini aşdığını görməyə davam etdikcə, onlar gəlir əyrisinə nəzarət siyasətlərindən imtina etmək və ya dəyişdirmək istəyəcəklər", - Şaref Sinqapurda verdiyi müsahibədə deyib.
Şaref ABŞ-da inflyasiya azalarkən, Yaponiyada inflyasiyanın yüksək olaraq qaldığını və buna uyğun olaraq yendə uzun mövqeyə çevrildiklərini bildirib.
"Onların nə edəcəklərini dəqiq proqnozlaşdıra bilmərəm, lakin müəyyən şəkildə siyasəti sərtləşdirməyə davam etmək lazımdır. Bu, daha tədricən əlavə yumşalma addımı şəklində ola bilər. Gəlir əyrisinə nəzarət və nəticədə potensial olaraq faiz artımı və ya imtina şəklində ola bilər" Şaref bildirib.
Günel Məlikzadə
Fins.az