Cənubi Koreyanın Maliyyə Xidmətləri Komissiyası, tənzimləyicilərin qaydaları fəal şəkildə inkişaf etdirdiyi üçün 2024-cü ilin iyun ayına qədər səhmlərin qısa satışını qadağan edəcəyini söyləyib. (Qısa satış - investorun borc götürdüyü səhmləri daha aşağı qiymətə geri almasıdır.)
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bu gündən iyunun sonuna qədər Kospi 200 İndeksi və Kosdaq 150 İndeksindəki səhmlər üçün borc alınmış səhmlərin ticarəti qadağan ediləcək.
Maliyyə Xidmətləri Komissiyasının sədri Kim Joo-hyun verdiyi açıqlamada, "Bazar qarışıqlığı şəraitində biz qlobal investisiya bankları tərəfindən geniş miqyaslı qeyri-qanuni qısa satış və qeyri-qanuni fəaliyyətin əlavə şərtlərini aşkar etdik. Bu da ədalətli qiymət formalaşmasına xələl gətirir və bazar etibarını zədələyir" deyib.
Günel Məlikzadə
Fins.az