BİRJA

06 Noyabr

Asiya bazarları yüksəlib

Cənubi Koreya səhmləri bu gün ölkənin qısamüddətli satış qadağasını bərpa etdikdən sonra bahalaşıb, Asiya-Sakit okean bazarlarının əksəriyyəti isə faiz dərəcəsi gözləntilərini azaltmağa kömək edən yumşaq ABŞ iş hesabatı ilə təşviq edilib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Cənubi Koreyanın maliyyə orqanları 2024-cü ilin iyun ayının sonuna kimi qısamüddətli satışın qadağan ediləcəyini bildirib.( Qısa satış, investorun borc götürdüyü səhmləri daha aşağı qiymətə geri almasıdır.)

ABŞ-da kənd təsərrüfatı xaricində məşğulluq oktyabr ayında 150 min artıb. Bu , Dow Jones-un 170K artımla bağlı proqnozlarına çatmayıb. Bu vəziyyət FED-in faiz artırmağa davam edəcəyi ilə bağlı narahatlıqları azaldıb.

Özəl sorğuya əsasən, Yaponiyanın işgüzar fəaliyyəti oktyabr ayında artsa da, bu ilin ən yumşaq tempindədir.

Səhər ticarətində Cənubi Koreya Kospi 3,96 faiz, Kosdaq isə 6,10 faiz dəyər qazanıb.

Uzun bir həftəsonundan qayıdan Yaponiyanın Nikkei 225 indeksi 2,41%, Topix isə 1,77% artaraq bir aydan çox müddətin ən yüksək səviyyəsinə çatıb.

Honq Konqun Hang Seng indeksi 1,88 faiz artıb. Çinin CSI 300 indeksi 1,07 faiz artıb.

Avstraliyada SP/ASX 200 0,34 faiz dəyər qazanıb.

 

Günel Məlikzadə
Fins.az