K2 Asset Management Araşdırma Direktoru George Boubouras FED-in faiz dərəcələrini daha uzun müddət daha yüksək saxlaması səbəbindən 10 illik ABŞ istiqrazlarının gəlirlərinin yenidən 5 faiz və ya daha yüksək səviyyəyə yüksələ biləcəyini proqnozlaşdırıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki,"Bazarlar bu səviyyəni üç amil səbəbindən yenidən sınaqdan keçirə bilər. ABŞ iqtisadiyyatının dayanıqlılığı, daha çox istiqraz buraxılışı ilə artan kəmiyyət sərtləşməsi və inflyasiya görünüşü. Riskli aktivlər son enişdən sonra cəlbedici görünür. Gəlirdə ancaq uzun müddətli faiz mühiti ələ bazarların ana mövzusudur" deyib.
Franklin Templeton Sabit Gəlirli CIO Sonal Desai bu fikirdədir ki, 10 illik istiqraz gəlirliliyi 5,25 faizlə zirvəyə çata bilər. Agentlik, satışın baş verəcəyi təqdirdə istiqraz mövqeyini artırmaq üçün imkanlar axtardığını bildirib. O, deyib:
"İnsanların 5 faizlik fürsəti əldən verdiyinə görə üzülməməli olduğunu düşünmürəm, çünki biz bundan da yüksək səviyyələri yenidən görəcəyik. Eyni zamanda, dəyişkənlik sonda arxada qalacaq, ona görə də biz satarkən almaq fürsətindən istifadə edəcəyik”.
UBS Global Wealth Management-in Amerika qitəsi üzrə baş investisiya direktoru Solita Marcelli'nin sözlərinə görə, FED diqqətini faiz artımından faiz endiriminə yönəltdiyi halda, UBS gələn ilin iyun ayına qədər 10 illik ABŞ istiqrazlarının gəlirliliyinin 3,5 faizə düşəcəyini gözləyir.
Günel Məlikzadə
Fins.az