BİRJA

10 Oktyabr

Qlobal bazarlar "göyərçin mesajları" ilə rahatlayıb

FED-in dayanma siqnalları istiqrazlarla yanaşı, fond bazarlarında da müsbət atmosfer yaradıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, MSCI Asiya Sakit Okean İndeksi son altı həftənin ən sürətli gündəlik yüksəlişini qeyd edib.

Dünən bağlanan Yaponiyanın Nikkei 225 indeksi 2 faizdən çox artımla ralliyə liderlik edib. Amerika fyuçersləri də toparlanmanın davam edəcəyinə diqqət çəkib.

Dünən 0,6 faiz artımla bağlanan SP 500 indeksində fyuçerslər 0,1 faiz artımla ticarət edilir.

Risk iştahının artması ilə məzənnə bazarı sakitləşib. Dollar İndeksi 0,1 faiz azaldıqdan sonra 1,269 bənddə sabit qalıb.

Dünən 4,2 faizlik artımla apreldən bu yana ən sürətli artımla bağlayan Brent neft fyuçers müqaviləsi bu səhər 0,3 faiz itki ilə 87,8 dollardan alıcı tapıb.

Geosiyasi risklərin artması ilə 1,6% bahalaşan spot qızıl üfüqi tendensiya ilə 1862 dollardan alıcı tapıb.

Günel Məlikzadə
Fins.az